SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dəqiq elmlər üzrə oxuyan gənclər humanitar yönümlü tədqiqatlara cəlb ediləcək

Dəqiq elmlər üzrə oxuyan gənclər humanitar yönümlü tədqiqatlara cəlb ediləcək
23-01-2020, 13:00

Azərbaycan Milli Elmlər Akademiyası baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlər görməyi nəzərdə tutur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

İclasda Təhsil Nazirliyi ilə birgə humanitar elmlərə dair dərslik və dərs vəsaitlərinin ərsəyə gətirilməsi ilə bağlı təkliflərin hazırlanması, humanitar elmlərin başqa elm sahələri ilə əlaqələrini möhkəmləndirmək məqsədilə baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlərin görülməsi, o cümlədən ali məktəblərin son kurs tələbələri ilə ədəbi-mədəni görüşlər keçirilməsi tapşırılıb.
İclasda bu da qeyd olunub ki, 2019-cu ildə bölmə üzrə müxtəlif sahələri əhatə edən 13 lüğətin, xüsusən də ictimaiyyətin gözlədiyi Orfoqrafiya lüğətinin hazırlanması başa çatdırılıb. Orfoqrafiya lüğətinin fevral ayında çapı nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829