SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində tədbir keçirilib

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində  tədbir keçirilib
14-01-2020, 16:00

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Avtomobil Yolları Dövlət Agentliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi agentlikdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi dövlət qulluqçusu Əbülfəz Qafarov qaz təsərrüfatından düzgün istismar və istifadə qaydaları, dəm qazından zəhərlənmə və ondan qorunma yolları mövzularında iştirakçılara məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfərova məişətdə uşaq dəcəlliyinidən baş verən civə dağılmaları və bu zaman dağılan civə hissəciklərinin yığılması üçün tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetkanın lazım olduğunu qeyd etmiş və yığılan bu civə hissəciklərinin xüsusi şəraitdə ağzı kip bağlanan şüşə bankada saxlanılmasının vacibliyi vurğulanmışdır.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid slaydlar və videolar təqdim edilmişdir.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031