SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Könüllülük ili”ndə Azərbaycan gəncləri yeni təşəbbüslə çıxış edib

“Könüllülük ili”ndə Azərbaycan gəncləri yeni təşəbbüslə çıxış edib
14-01-2020, 15:38

Azərbaycan gəncləri ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən ilhamlanaraq, şəhid, məcburi köçkün ailələri, həmçinin tək yaşayan, yaşlı, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə yeni bir təşəbbüslə çıxış ediblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Könüllü qonaq” adlanan təşəbbüs çərçivəsində onlar qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

Azərbaycan xalqının əsrlər boyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən gənclər qayğıya ehtiyacı olan tənha insanları diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş edirlər.

Bu təşəbbüsə ilk olaraq qoşulan Goranboy, Şəmkir, Bərdə, Biləsuvar, Zaqatala və Xaçmaz gəncləri öz rayonlarındakı qayğıya ehtiyacı olan insanları sevindiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gənclərə səslənərək onları #konulluqonaq təşəbbüsünə qoşulmağa dəvət ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031