SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvanın ilk xizək sürənlərindən ol” şüarı altında tur təşkil olunub-FOTO

“Naxçıvanın ilk xizək sürənlərindən ol” şüarı altında tur təşkil olunub-FOTO
14-01-2020, 14:40

“Naxçıvanın ilk xizək sürənlərindən ol” şüarı ilə tur keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi kimi Ağbulaq 2013-cü ilin yanvar ayından daimi və surətlə inkişaf edir. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə muxtar respublikada kənd turizminin inkişafında əvəzedilməz bir yeri oldu. Dağ xizəkçiliyinin inkişafı üçün təbii şəraitin olması Xizək Mərkəzinin yaradılması ilə nəticələndi ki, burada dağ-xizək enişinin bir hissəsi hazırdır. Dağ-xizək enişinin, kanat yolunun, xizəksürmə məktəbinin, əyləncə və uşaq parklarının yaradılması, süni qaryaratma sistemlərinin qurulması istiqamətində işlər davam etdirilir.

Muxtar respublikasının turizminin inkişafı əsaslı rol oynaycaq bu mərkəzə ilk turu Naxçıvanın fəal gəncləri Fərid Seyidov və Fərman Hacıyev təşkilatçılığı ilə baş tutub. “Naxçıvanın ilk xizək sürənlərindən ol” şüarı ilə təşkil olunan tura Naxçıvanın gəncləri və könüllülərinin marağı daha çox olub. Naxçıvan şəhərindən tur iştirakçıları unudulmaz bir gün üçün yola düşüblər. Tur rəhbərliyi tərəfindən Xizək Mərkəzində tur iştirakçılarının xizək geyimlərilə təmin olunması və təlimin keçirilməsi təmin edilib. Təlim zamanı mərkəz təlimçilərinin müşayiəti ilə ilk dəfə xizək sürüblər. Göründüyü qədər asan olmayan bu idman növü hər bir iştirakçını həyəcanlandırıb. Tam olmasa da, ilkin vərdişlərə yiyələnən gənclər .Bununla bərabər iştirakçılarının təhlükəsizliyinə xüsusi diqqət yetirildi və bu təmin edilib. Turun təşkil etdiyi çay süfrəsində canlı musiqi sədaları altında əyləncəli gün davam edib.

Turun təşkilatçıları bu turun əhəmiyyətindən danışaraq bildirdilər ki, turizmin inkişaf etməsində, ən əsası qış turizminin inkişafında Ağbulaq kəndinin relyefi və iqlim xüsusiyyətləri ən uyğunudur. Dağ-xizək mərkəzi Ağbulaq kəndini ölkəmizdə və dünyada tanıdacaqdır. Bu turlar davamlı surətdə həyata keçiriləcəkdir. Bununla da Ağbulaq Xizək Mərkəzinə səyahət daha asan olacaqdır.

Qeyd edək ki, kanat yolunun qurulması davam edir. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq. Bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir. Kanat yolu vasitəsilə Şahbuz rayonun əsrarəngiz gözəlliyini səmadan izləmək mümkün olacaq.


VƏFA QASIMOVA
“Naxçıvanın ilk xizək sürənlərindən ol” şüarı altında tur təşkil olunub-FOTO
“Naxçıvanın ilk xizək sürənlərindən ol” şüarı altında tur təşkil olunub-FOTO
“Naxçıvanın ilk xizək sürənlərindən ol” şüarı altında tur təşkil olunub-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31