SON DƏQİQƏ

naxcivanxeberleri.com

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənib
14-01-2020, 12:39

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələri, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, Binəqədi rayonunun Zəli gölünün ətrafında keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Əlişah Rəcəbov bildirib.

O qeyd edib ki, ərazilər balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib: "Qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq.

İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər."

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031