SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qafqazşünaslıq üzrə layihəyə qəbul davam etdirilir

Qafqazşünaslıq üzrə layihəyə qəbul davam etdirilir
14-01-2020, 13:30

“Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, udin, erməni və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur. Həmin dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

- Gürcü, udin, erməni və qrabar dillərini sərbəst - “upper intermediate” və daha yuxarı səviyyədə bilmək;

- Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;

- Komandada və müstəqil şəkildə işləməyi bacaran;

- Problemə yaradıcı yanaşma və kollektiv düşüncə tərzi.

Aylıq əmək haqqı: 1200 AZN-dan başlayır (dil biliyinin səviyyəsi və sahə üzrə iş stajından asılı olaraq).

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031