SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda Duzdağ, Macarıstanda Baradla

Azərbaycanda Duzdağ, Macarıstanda Baradla
13-01-2020, 15:05

Naxçıvandakı məşhur Duzdağ müalicə müəssisəsi barədə eşitməyən azərbaycanlı tapmaq çətindir. Həm ölkəmizin sakinləri, həm də xarici ölkələrdən olan xəstələr buraya üz tutur, duzlu hava ilə nəfəs alaraq ağciyərlərini təmizləyirlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, AZƏRTAC-ın xüsusi müxbiri bu günlərdə macarlarla söhbət zamanı vətənimizin bu nadir guşəsinin populyar müalicə müəssisəsinə çevrildiyini bildirəndə məlum oldu ki, Macarıstanda da buna oxşar bir məkan var.

Ümumiyyətlə, Macarıstanda 1500-dən çox mağara var, lakin onlardan yalnız beşi, o cümlədən Lillafüreddə, Mişkoltsun yaxınlığında yerləşən İştvan və Macarıstan paytaxtının Buda hissəsində yerləşən Semlya mağaraları bu “tibbi əhəmiyyətli mağara” kimi rəsmən qeydiyyata alınıb.

Yaxın gələcəkdə bu beşliyə Baradla mağarası da əlavə olunacaq. Bu mağaranın müstəsna iqlim şəraiti insanların tənəffüs sistemi üçün Azərbaycandakı Duzdağ kimi əlverişli təsirə malikdir. Baradla mağarası yaxın vaxtlarda UNESCO-nun dünya irsi obyektləri siyahısına daxil edilib və tezliklə onun da “tibbi əhəmiyyətli mağara” sayılacağı gözlənilir.

Mağaranın içərisində test yoxlamaları başlanılıb. Müayinənin nəticələri təsdiq ediləndən sonra ona rəsmən “tibbi müəssisə” statusu veriləcək. Mağaranın qapıları pasiyentlər üçün açılandan sonra macar və slovak alimlərinin birgə işləyib hazırladığı test terapiyası tətbiq ediləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930