SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirilib-FOTO

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin  iclası keçirilib-FOTO
10-01-2020, 16:09

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ilə olan ilk iclası keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq bölmənin doktorant və dissertantlarının attestasiyası keçirilib. Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova qurumun doktorant və dissertantları ilə bağlı məlumat verib.

Sonra bölmə üzrə 55 doktorant və dissertantların hesabatları dinlənilib. Onlar elmi-tədqiqat mövzularını və nəticələrini Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırıblar.
Akademik İsmayıl Hacıyev doktorant və dissertantların apardıqları tədqiqatlarla bağlı fikirlərini bildirib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra bölmənin elmi-tədqiqat institutlarının Elmi şuralarının 2020-ci il üçün iş planı təsdiq olunub.
İclasda, həmçinin bölmə əməkdaşlarının 2020-ci il üçün elmi-tədqiqat planları təsdiqlənib. Bu barədə məlumat verən Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bildirib ki, bu il 6 elmi istiqamətdə 6 problemi əhatə edən 38 iş 99 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub.
İsmayıl Hacıyev əməkdaşlara mövzu aktuallığının diqqətdə saxlanılması, aparılacaq tədqiqatların elmi səmərəliyinin yüksəldilməsi və sair məsələlər ilə bağlı tövsiyələrini verib.
Sonda bir sıra cari məsələlərə baxılıb.

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin  iclası keçirilib-FOTO
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin  iclası keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031