SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika ərazisində yaşıllıqların sahəsi 25 ildə 0,6 faizdən 20 faizədək artırılıb

Muxtar respublika ərazisində yaşıllıqların sahəsi 25 ildə 0,6 faizdən 20 faizədək artırılıb
10-01-2020, 12:00

Muxtar respublika ərazisində son 26 ildə 19 min hektardan çox sahədə meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqları salınıb və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində meşə və qeyri-meşə fondu ərazilərində yaşıllıqların sahəsi 1990-cı illərlə müqayisədə 0,6 faizdən 20 faizədək artırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirilib.

İclasda çıxış edən nazir Mayis Əliyev bildirib ki, hesabat ilində ətraf mühitin mühafizəsi sahəsində 87 yoxlama-reyd aparılıb, hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 39 protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Atmosfer yağıntıları, torpaq və səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilib. Səth sularının çirklənməsinin monitorinqi çərçivəsində 19 çay, 171 içməli su (kəhriz, bulaq, subartezian quyuları) mənbəyindən, ümumilikdə, 190 su nümunəsi götürülərək üzərində 2850 analiz aparılıb, nəticədə, yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb.

“Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması üçün ən mühüm amil olan meşələrin mühafizəsi, yeni meyvə bağlarının, meşə massivlərinin, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirilib. Bu sahənin inkişafı ilə əlaqədar təsdiq edilmiş müvafiq dövlət proqramına, sərəncama uyğun olaraq 2019-cu ildə, ümumilikdə, 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri icra edilib”, - deyən nazir diqqətə çatdırıb ki, bunun 238,5 hektarı yeni meyvə, 13,8 hektarı üzüm bağları, 147,9 hektarı meşəbərpa, 183 hektarı isə toxumla aparılan əkin işləridir. Yaşıllaşdırma tədbirlərində 323 min 630 meyvə tingi, həmişəyaşıl ağaclar, meşə tingi, bəzək və gül kolları, 1929 kiloqram müxtəlif meyvə toxumları əkilib. Muxtar respublikada ailə təsərrüfatları, idarə və təşkilatlar tərəfindən, ümumilikdə, 297,4 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri icra edilib.

Qeyd olunub ki, yaşıllaşdırma tədbirlərində tingə olan tələbatın davamlı təmin edilməsi üçün regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış ting materialının yetişdirilməsi məqsədilə 4,2 hektar ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılıb. Yaşıllıqların artırılması ilə bərabər, onları mühafizə etmək və aqrotexniki qulluq işləri də diqqətdə saxlanılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031