SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağında təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib-FOTO

Ali təhsil ocağında təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib-FOTO
9-01-2020, 14:50

“Naxçıvan” Universitetində təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, iclası giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq dissertasiya mövzularına dair tədqiqatların aparılmasının və dünyanın nüfuzlu elmi bazaları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyindən danışıb.
Daha sonra universitetin doktorant və dissertantları 2019-cu il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onların fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfranslarda iştirak, çap işləri müzakirə edilib.
Sonda attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib. Mövcud tələbləri yerinə yetirən doktorant və dissertantlar növbəti təhsil ilinə buraxılıb.
Qeyd edək ki, “Naxçıvan” Universitetində 11 ixtisas üzrə 6 doktorant, 17 dissertant təhsil alır ki, bunlardan bir nəfər doktorant xarici ölkə vətəndaşıdır.

Ali təhsil ocağında təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib-FOTO
Ali təhsil ocağında təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031