SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bibiheybət yolunda yalnız şəhər istiqamətində hərəkət bərpa olunub

Bibiheybət yolunda yalnız şəhər istiqamətində hərəkət bərpa olunub
31-12-2019, 21:10

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda birtərəfli olaraq yalnız şəhər istiqamətində hərəkət bərpa olunub.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Müvəqqəti olaraq 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə “Tikinti norma və standartları”na uyğun olaraq tikinti-bərpa işləri aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib.

Daha sonra yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib.

Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız 2 hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

Hərəkətin normal təşkili üçün yola üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb, yol kənarına dəmir-beton təhlükəsizlik sədləri düzülüb.

Qeyd edək ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, yamacın aşağı bəmorta hissəsində svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur.

İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930