SON DƏQİQƏ

naxcivanxeberleri.com

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib
26-01-2019, 17:25 215 dəfə baxılıb

Yanvarın 26-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Ona görə də sosial şəbəklərin cəmiyyət həyatına təsirləri aktual məsələlərdən biridir. Sosial şəbəkələrdə gənclərimizin böyük fəallıq göstərdiyini deyən YAP Sədrinin müavini bunu təbii hal kimi dəyərləndirib: “Çünki bütün yeni ideyaları ilk olaraq mənimsəyən gənclərdir. Azərbaycan cəmiyyəti gənc cəmiyyətdir. Əhalinin 46 faizə qədər 30 yaşa qədər olan gənclərdir. Bizim cəmiyyət gələcəyi parlaq olan, daha sağlam ideyaları qarşıya qoyan cəmiyyətdir. Cəmiyyətimiz saglam ideyalar uğrunda mübarizə aparır. Bu baxımdan, cəmiyyətimizin tərkibində gənclərin çoxluq təşkil etməsi müsbət haldır. Amma gənclər əxlaqı, mənəviyyatı, biliyi, tərbiyəsi ilə üstünlüyə sahib olmalı və bununla fərqlənməlidirlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın sıralarında müasir, bilikli, intellektual gənclər üstünlük təşkir edir. Partiyamızın sıralarında on minlərlə gənc birləşıb. Gənclərimiz Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bu siyasətin reallaşmasına öz töhfələrini verirlər”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Ötən ilin aprel ayında ölkəmizdə prezident seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, bu seçkilərdə gənclərimizin fəallığı, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri fədakarlıq mühüm hadisədir. Bu bir daha onu göstərir ki, ölkə gəncliyi, xüsusilə YAP-ın sıralarında olan gənclər Heydər Əliyev ideyalarına sadiqdirlər, bu gün Prezident İlham Əliyevin siyasətinin reallaşmasına öz töhfələrini verirlər və bundan sonra da verəcəklər.

“Təbii ki, həyatımızda baş verən dəyişikliklərə ilk olaraq gənclər reaksiya verir. Qeyd etdiyim kimi, yeni texnologiyalar, sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosail şəbəkələr həm informasiya vasitəsi kimi istifadə olunur, həm ünsüyyət, həm asudə vaxt və s.vasitə kimi istifadə olunur. Beləliklə, bu, çoxşaxəli bir sferadır ki, insanları böyük dərəcədə cəlb edir. Hər bir yeniliklər, proseslər bir çox müsbət cəhətləri ilə yanaşı, bəzi hallarda müəyyən çətinlikləri ortaya çıxarır. Bu mənada sosial şəbəkələrdən istifadə müsbəət olsa da, onun tam saflaşmaması problemlər də yaradır. Bəzi ölkələr isə sosial şəbəkələrlə bağlı qanunvericiliyə də dəyişiklər ediblər. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməli, onun mənfi halları isə aradan qaldırılmalıdır. Bunun reallaşması üçün düşünmək lazımdır”-deyə, Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini Əli Əhmədov daha sonra müasir gəncliyin qarşısında duran vəzifələrlə bağlı öz fikir və tövsiyyələrini bildirib.
YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilibYAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728