SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti tələbələrinin Almaniyada təlimi uğurla başa çatıb-FOTO

Naxçıvan Dövlət Universiteti tələbələrinin  Almaniyada təlimi uğurla başa çatıb-FOTO
27-12-2019, 12:00

Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisasının tələbələrinin Almaniyada təlimi başa çatıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə,
bu məqsədlə universitetdə təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edib. Rektor bu cür təlimlərin tələbələrin gələcəkdə əsl peşəkar kadr kimi formalaşmasında rolundan danışıb.
Tələbələrə təlimdə yaxşı iştirak etdiklərinə görə təqdim edilən sertifikatların gələcək peşə karyerasında əhəmiyyəti vurğulanıb. Keçdikləri təlim üzrə çıxış edən tələbələr orada gördüklərinin onlar üçün böyük təcrübə olduğunu qeyd edib, yaradılan şərait, dövlət qayğısına görə minnətdar olduqlarını bildiriblər. Məlumat üçün onu da qeyd edək ki, “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Wismar şəhərindəki fabrikində keçirilən təlimdə universitetdən 7 nəfər tələbə və bir müəllim iştirak edib.
Rektor tələbələrin təlimdə iştirakını universitetə göstərilən yüksək dövlət dəstəyi hesab edib, gənclərə bu qayğını layiqincə qiymətləndirməyi və əsl peşəkar kadr kimi formalaşmağı tövsiyyə edib.

Naxçıvan Dövlət Universiteti tələbələrinin  Almaniyada təlimi uğurla başa çatıb-FOTO
Naxçıvan Dövlət Universiteti tələbələrinin  Almaniyada təlimi uğurla başa çatıb-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930