SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Cahan Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətində maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Cahan Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətində   maarifləndirici tədbir keçirilib
25-01-2019, 18:45

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Cahan Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətində “Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirin əsas məqsədi “Cahan Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, sülh və müharibə dövrlərində ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı fəaliyyətin təşkili üzrə vəzifəli şəxslərin məsuliyyətini artırmaq, yanğın təhlükəsizliyi zamanı davranış qaydaları qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Əbülfəz Qafarov dəm qazı və ondan mühafizə üsulları, ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydaları, ilk tibbi yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Mövzulara uyğun slaydlar nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031