SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirlib-FOTO

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirlib-FOTO
25-12-2019, 16:00

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirlib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq bildirib ki, muxtar respublikanın həkimlərə olan tələbatını ödəmək üçün dahi öndər Heydər Əliyevin uğurlu siya¬sətinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsi nəzdində Pediatriya ixtisasının yaradılması ilə tibb təhsili sahəsində yeni mərhələnin əsası qoyulub. Vurğulanıb ki, 2019-cu ilin iyun ayında Tibb fakültəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni tədris kompleksinin istifadəyə verilməsi bu sahədə aparılan inkişaf strategiyasına ən bariz nümunədir.
Rektor keçirilən müşavirənin əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, artıq 20 illiyi qeyd edilən fakültənin fəaliyyətinin yüksəldilməsi, tədris və istehsalat bazalarının daha işlək hala gətirilməsi, yeni layihələrin hazırlanması, tibb kadrların hazırlanması sahəsində yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir.

“Naxçıvan Dövlət Universitetində tibbi kadrların hazırlığının indiki vəziyyəti, qarşıda duran vəzifələr” mövzusunda fakültənin dekanı, dosent Elsevər Əsədov çıxış edərək vurğulayıb ki, 1999-cu ildə universitetin Təbiətşünaslıq fakültəsinin nəzdində Pediatriya ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə muxtar respublikada ali tibb təhsilinin təməli qoyulub. Bildirilib ki, 2003-cü ildən müstəqil fəaliyyət göstərən fakültədə hazırda 680-ə yaxın tələbə təhsil alır. Onlardan 300-dən çoxu xarici ölkə vətəndaşıdır.
2012-ci ildən rezidentura hazırlığına başlanan fakültədə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir, hazırda 56 həkim-rezident də muxtar respublikanın xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir.
Müəlimlərin mövzu ilə əlaqədar təklifləri dəyərləndirilib, müzakirələr aparılıb.

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirlib-FOTO
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirlib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930