SON DƏQİQƏ

22:11 - Azərbaycan və Rusiya XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

21:46 - ABŞ-da koronavirusa yoluxanların sayı 473 minə çatdı

21:09 - Türkiyədə koronavirusdan ölənlərin sayı 1 000-ü ötdü

20:53 - İlham Əliyev: "Ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik"

20:34 - Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi

20:28 - Hemofiliya və talassemiya xəstələrinin registri qaydası dəyişdi

20:23 - Dünyada koronavirus qurbanlarının sayı 100 mini ötdü

20:03 - Vəli Baxşəliyev: Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır-FOTO

19:49 - İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı müəyyənləşdi

19:38 - ÜST-ün baş direktoru: Strateji Hazırlıq və Cavab Planımıza töhfə verdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür etmək istəyirəm

19:27 - Prezident İlham Əliyev: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir

19:18 - Operativ Qərargah Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət etdi

19:10 - Ümidsizliyinin rüşeymlərində gizli ümid kodları... - Nargis yazır

18:57 - Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəniş etmək imkanı yaradılıb

18:48 - Azərbaycanda 65 koronavirusa yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi, 58 nəfər sağaldı - Operativ Qərargah

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib-FOTO

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib-FOTO
25-12-2019, 16:36

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov açaraq mütaliənin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasındakı əhəmiyyətindən söhbət açılıb.

“Kitabxana zamana açılan qapıdır” adlı çıxışında Elmi kitabxananın direktoru Fariz Əhmədov, bildirib ki, insanın bir şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolu danılmazdır. Həyat yolunun müəyyənləşməsində, vətəndaş tərbiyəsində mütaliənin rolunun əhəmiyyəti haqda ətraflı məlumat verilib.

“İnformasiya cəmiyyətində mütaliənin əhəmiyyəti” adlı çıxışında Elmi kitabxananın işçisi Ləman Hüseynova qeyd edib ki, müasir informasiya cəmiyyətində elektron vasitələrə tələbatın artması mütaliənin gənc nəsilə təsir imkanların azalmasına gətirib çıxarsa da, mütaliənin verdiyi mübət cəhətlər heç bir vasitələrlə əvəzolunmazdır.

Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Ruslan Vəliyev “Kitablar dünyamızı işıqlandırır” mövzusunda çıxışında vurğulayıb ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliənin eyni zamanda insanın dünyagörüşünə də müsbət təsiri vardır.
Sonda mütaliəni gənc nəslə necə sevdirməyin yollarını özündə əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib-FOTO
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930