SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib-FOTO

AMEA Naxçıvan Bölməsində “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib-FOTO
18-12-2019, 16:00

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, Latviyada nəşr olunan kitab Azərbaycan ədəbiyyatının, söz sənətinin dünyada təbliğ edilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edib ki, aktual bir mövzuya həsr edilən nəşrdə müəllif Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına ümumi nəzər salıb, romanlarında öz əksini tapan Avropa mühiti, habelə Şərq və Qərbin müqayisəsinin təhlilini aparıb. Monoqrafiyada Şərq Qərb dialoqu, Şərq Qərb əlaqələri, eyni zamanda Şərqin ədəbi, mədəni əlaqələrinin Qərb tərəfindən mənimsənilməsi gənc tədqiqatçı tərəfindən yığcam şəkildə işıqlandırılıb.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Məmməd Səid Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış” mövzusunda məruzəsi dinlənilib.

Sonra bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb.
Sonda müəllif tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.


AMEA Naxçıvan Bölməsində “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib-FOTO
AMEA Naxçıvan Bölməsində “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031