SON DƏQQƏ

naxcivanxeberleri.com

Kollektiv iş, birgə əmək: ailə təsərrüfatları

Kollektiv iş, birgə əmək: ailə təsərrüfatları
15-12-2019, 10:15

2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması Babək rayonunda yeni ailə təsərrüfatlarının yaradıl- masına, mövcud təsərrüfatlarda isə məhsul istehsalının artmasına təkan verib. Qeyd edək ki, rayonda əhalinin əsas məşğuliyyəti əkinçilik, üzüm- çülük, tərəvəzçilik, bostançılıq olsa da, heyvandarlığın inkişaf etdiril- məsinə də xüsusi diqqət göstərilir. Qeyd edək ki,2018-ci ildə rayonda 75 ailə təsərrüfatı qeydə alınmışdırsa, bu il həmin rəqəm 157 olub. “Ailə təsərrüfatları ili”ndə dövlət tərəfindən 10 ailə təsərrüfatçısına məhsul is- tehsalını daha da artırmaq üçün 108 min manatdan çox kredit verilib. Bu il rayonun Zeynəddin, Nehrəm və Qaraqala kəndlərində dövlət maliyyə dəstəyi hesabına yeni heyvandarlıq təsərrüfatları, istixana kompleksləri yaradılıb. Ümumiyyətlə, rayonda tə- sərrüfat fəaliyyətinin bütün sahələ- rində uğurları görə bilərik. Bu o de- məkdir ki, iqtisadiyyatın aparıcı sa- hələrində məhsuldarfəaliyyətin təmin edilməsi mümkün olub. Və bu, özünü kəndlərin sosial-iqtisadi inkişafında da göstərməkdədir. Təcrübələr göstərir ki, ailə təsər- rüfatları kiçik biznesə aparan yolun başlanğıcıdır. Bu gün rayonda ailə təsərrüfatından kiçik biznesə malik olan, o cümlədən böyük sahibkarlar kimi mühüm biznes layihələri real- laşdırmağa başlayan onlarla təsərrüfat sahibləri var. Nehrəm kəndində fəa- liyyət göstərən “Xalaoğlu” kəndli- fermer təsərrüfatı da belə təsərrü- fatlardan biridir. Təsərrüfat sahibi Rafiq Əliyev ailə təsərrüfatında zəh- mət çəkib yaxşı nəticəyə çatmaq is- təyənlər üçün gözəl örnəkdir. Müəs- sisədə istehsal edilən məhsulların istehlakçılara çatdırılması mühüm əhəmiyyətli sahə kimi diqqət mər- kəzində saxlanılıb. Fermer təsərrü- fatının ərazisində tikilib istifadəyə verilən, Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırmaqla fəaliyyətə başlayan süd məhsullarının istehsalı və qablaşdırılması, quşların kəsimi və paketlənməsi sexlərində, soyuducu anbarlarda bütün sanitar- gigiyenik tələblər gözlənilir. “Xala- oğlu” əmtəə nişanı ilə satışa çıxarılan qatıq, ayran, kərə yağı, dovğa, yu- murta və quş ətinin ayrı-ayrı rayon- larda fəaliyyət göstərən xidmət mər- kəzlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılır. Muxtar respublikada plastik ta- ralara olan tələbat nəzərə alınaraq “Xalaoğlu” kəndli-fermer təsərrüfatı tərəfindən plastik taraların istehsalı müəssisəsi də yaradılıb. Yeni müəs- sisə daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanlarına malikdir. Burada bütün növ plastik taraların istehsalı və reklamlaşdırılması üçün lazımi avadanlıqlar quraşdırılıb. Fəa- liyyətə az bir müddətdə başlamasına baxmayaraq artıq Gəncə, Quba və Sumqayıt şəhərlərindən taraların si- farişləri qəbul olunub. Müəssisə bütün növ plastik taraların istehsalı imkanına malikdir.Təsərrüfat rəhbəri Rafiq Əliyev qeyd etdi ki, bu il tə- sərrüfatımızda kəsim sexi istifadəyə verilib. Sexdə müasir avadanlıqlar quraşdırılıb, hər birinin tutumu 15 ton olan 2 soyuducu anbar yaradılıb. Bununla da təsərrüfatda əlavə iş yer- ləri açılıb. Daha bir ailə-fermer təsərrüfatı Babək rayonunun Zeynəddin kən- dində fəaliyyət göstərir. Bu təsərrüfat 2014-cü ilin aprel ayında yaradılıb və gülçülük sahəsi üzrə ixtisaslaşıb. Üç qardaşın birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda 6-7 nəfər ailə üzvü həvəslə çalışır.Burada ye- tişdirilən güllər naxçıvanlıların tə- ləbatını tam ödəyir. İndi növbənöv güllər təkcə Naxçıvanda deyil, Bakı şəhərində də özünə yaxşı alıcı qaza- nıb.Amma onlar daha geniş bazarlara çıxmağı qarşılarına məqsəd qoyublar. Hacıvar kəndində emal müəssi- səsi kimi fəaliyyətini təşkil edən İlqar Mirzəyev də zəhmətkeş ailə təsərrüfatçılarındandır. Qısa müddət ərzində təsərrüfatını böyüdən İlqar Mirzəyev əsasən heyvandarlıq məh- sullarının istehsalı prosesini həyata keçirir. Qısa bir vaxtda emal etdiyi məhsullarla yerli bazarda rəğbət qa- zana bilib. Ona işlərində atası daha yaxından köməklik edir. Rayonda heyvandarlıqla məşğul olan ailə təsərrüfatı sahibləri də əl- verişli şəraitdən yararlanırlar.Bu il dövlət maliyyə dəstəyi alan çeşmə- basarlı Asif Qasımov təsərrüfatını genişləndirib. Keçirilən yarmarka və festivallara Naxçıvan qovurması və müxtəlif süd məhsulları ilə çıxan təsərrüfatsahibi gələn ildən etibarən saxladığı iribuynuzlu mal-qaranın baş sayını daha da artırmaq fikrin- dədir. Babək rayonundakı nümunəvi fermerlərdən biri də Naxışnərgiz kənd sakini Qəzənfər Qurbanovdur. Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi fəxri adına layiq görülən təsərrüfat sahibi işini əsasən,heyvandarlıq istiqamə- tində qurub. Hər il təsərrüfatını ge- nişləndirərək yüksək nailiyyətlər əldə edən Qəzənfər Qurbanov özünü baş- qa təsərrüfatlarda da sınamaq istəyir. Ona bu işlərdə övladları, bacısı və həyat yoldaşı yaxından kömək edir. Gəlirli sahə olan arıçılığa daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Res- publikasıAli Məclisi Sədrinin 2016- cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proq- ramı”ndan irəli gələn vəzifələrin ye- rinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin və dərman pre- paratlarının verilməsi, arıçılarla gö- rüşlərin keçirilməsi rayonda bu isti- qamətdə böyük uğurların qazanıl- masını təmin edib. Qeyd edək ki, rayonun ucqar dağ kəndlərində möv- cud bitki örtüyü burada minlərlə arı ailəsi saxlamağa imkan verir. Aşağı vəYuxarıBuzqov, Gərməçataq, Göy- nük və başqa kəndlərin təbiətindən hasilə gələn və adı ilə tanınan Nax- çıvan balı bir sıra keyfiyyət göstəri- cilərinə görə yüksək qiymətləndirilir. Sevindirici haldır ki, rayonda əl- verişli biznes mühitinin formalaşması qadınların da bu sahəyə olan marağını artırıb. Demək olar ki, artıq Babək qəsəbəsində, Nəhəcir, Zeynəddin, Qahab, Şıxmahmud, Aşağı Buzqov və digər kəndlərdə öz təsərrüfatını genişləndirən qadın təsərrüfatçılar var. Əsasən təsərrüfatlarında süd və süd məhsulları, dərman bitkiləri, qo- vurma istehsal edən bu xanımların hazırladıqları məhsullara kifayət qə- dər maraq var.Məhsullar isə tam gi- giyenik qaydada hazırlanır və qab- laşdırılır. Məhsul istehsalı ilə yanaşı, onun istehlakçıya çatdırılması da əsas mə- sələlərdən biridir.Odur ki, Naxçıvanda ənənəvi olaraq keçirilən yarmarka və festivallar bu baxımdan mühüm əhəmiyyət daşıyır.Bu festivallardan biri də noyabrın 30-da Babək rayo- nunda təşkil olunmuşdu.Festivalda rayonun 36 yaşayış məntəqəsindən 90-dan çox ailə təsərrüfatı sahibi iş- tirak edirdi. Təsərrüfatsahibləri fes- tivala 167 növdə 3583 qablaşdırılmış məhsul çıxarmışdılar.Alıcılara müx- təlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə araqları, eləcə də tur- şular, kompotlar, dərman bitkiləri təklif edilirdi.Festival iştirakçılarının yaxşı istirahət etməsi üçün iaşə xid- məti də təşkil olunmuşdu.Babək Ra- yon Mədəniyyət Evinin “Zabul” İns- trumental Ansamblının və rayon Uşaq-musiqi məktəblərinin kollek- tivlərinin çıxışları maraqla qarşılandı. Deyirlər, düzgün atılan birinci addım ikinci addımın istiqamətini göstərir və eləcə də sonrakı addımları müəyyənləşdirir.. Əgər bir vaxtlar Babək rayonunda çox az sayda emal və istehsal sahələri fəaliyyət göstə- rirdisə, bu gün onların sayı bir neçə dəfə artıb.Rayondakı ailə-fermer tə- sərrüfatları muxtarrespublikada aqrar sahənin inkişafına göstərilən qayğıdan yüksək dərəcədə yararlanır. Hər bir təsərrüfat sahibi dövlət dəstəyindən bəhrələnərək kreditlər götürür, onlar texnika, yüksək reproduksiyalı toxum, suvarma suyu ilə təmin olunurlar. Sonda istehsal etdikləri məhsulları bazara çıxarır və rahatlıqla sataraq ailə büdcələrini zənginləşdirirlər. Elə buna görə də Babək rayonunda ailə- fermer təsərrüfatlarının sayı getdikcə artır.


Elnarə HEYDƏROVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930