SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək qəsəbəsi: dünən və bu gün

Babək qəsəbəsi: dünən və bu gün
15-12-2019, 09:00

Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinin yerləşdiyi ərazi sovet dönəmində Nehrəm kəndinin ictimai təsərrüfatının torpaq sahəsi olub. Araz çayı üzərində Su Elektrik Stansiyası tikilərkən su altında qalan Təzəkənd yaşayış məntəqəsinin sakinləri bu əraziyə köçürülüb. 1978-ci ildə Babək rayonu yaradılan zaman Babək qəsəbəsi rayonun mərkəzinə çevrilib. O dövrün canlı şahidləri bildirirlər ki, 1970-ci illərdə burada bir məktəb və bir neçə dövlət idarəsindən başqa heç bir tikili yox idi.

Müstəqillik illərində isə Babək rayonunun bütün yaşayış məntəqələri kimi, Babək qəsəbəsi də abadlaşdırıldı, müasir infrastruktur yaradıldı, bütün dövlət qurumları üçün yeni inzibati binalar tikildi, iş şəraitləri yaxşılaşdırıldı. Son illərin quruculuq ərməğanlarına Babək Rayon İcra Hakimiyyətinin inzibati binası, dövlət qurumlarının yerləşdiyi dördmərtəbəli inzibati bina və Rabitə Evi də daxildir. Təqdim edilən fotolarda dövlət orqanlarının yerləşdikləri binaların əvvəlki görkəmlərindəki fərq göz önündədir...


“Şərqin səhəri” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031