SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonun da payızlıq taxıl əkini davam edir

Şahbuz rayonun da payızlıq taxıl əkini davam edir
14-12-2019, 23:44

Əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər bu sahənin inkişafına təkan verib. Taxılçılığın hərtərəfli inkişafı üçün dövlət tərəfindən göstərilən dəstək əkinçiliyin genişləndirilməsinə və inkişafına müsbət təsir göstərir. Rayonumuzun coğrafi baxımdan əsasən dağlıq və dağətəyi əraziyə malik olmasının nəticəsidir ki, burada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir və bu sahə üçün daha əlverişli zona sayılır. Əsasən də heyvandarlığın və əkinçiliyin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bildiyimiz kimi, heyvandarlığın inkişafında yem bazasının güclü olması əsas amildir ki, bunu da əkinçiliyi inkişaf etdirməklə yaratmaq olar. Bu səbəbdən də ilbəil əkin sahələri genişləndirilən rayonda hazırda payızlıq taxıl əkini aparılır. Cari ildə və eləcə də ondan qabaqkı illərdə taxılçılıqda qazanılan uğurlar bir daha onu göstərir ki, payızlıq taxıl əkini sahələrinin genişləndirilməsi məqsədəuyğundur. Ötən illərdə taxıl biçini kampaniyası mütəşəkkil həyata keçirildiyindən məhsulun vaxtında və itkisiz yığılması mümkün olmuşdur. Əkinin vaxtında keçirilməsi və suvarılması da hektarın məhsuldarlığına öz təsirini göstərmiş, daha çox məhsul istehsalına səbəb olmuşdur. Ötən il əkilmiş taxıl sahələrindən tonlarla məhsul istehsal edən taxılçıların maddi-marağı artdığından hazırda onlar bu işi daha böyük həvəslə həyata keçirirlər. Fərdi təsərrüfatlarda əlverişli hava şəraitindən istifadə edən taxılçılar payızlıq taxıl əkinini də optimal müddətdə başa çatdırmağa səy göstərirlər. Payızlıq əkinlə bağlı rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Arzu Əhmədov məlumat verərək bildirib ki, bu il əkilməsi nəzərdə tutulan sahənin 1271 hektarında payızlıq taxıl əkini keçirilib. Əkin sahələri aqrotexniki qaydalar əsasında şumlanır və səpinin optimal müddətdə başa çatdırılmasına səy göstərilir. Məlumat üçün bildirim ki, hazırda əkilən sahələrin 144 hektarı suvarılıb. Əkin və suvarma işləri davam etdirilir. Artıq 1341 hektar sahədə şum qaldırılıb, 1271 hektar sahədə isə səpin aparılıb. Bununla yanaşı, 144 hektar sahə də suvarılıb. Sahələrdə taxıl əkini daha sürətlə aparılan aran kəndlərimizdə bu kampaniya daha tez başa çatdırılacaq. Rayonda payızlıq taxıl əkininin optimal müddətdə başa çatdırılması üçün sahibkarlara məxsus traktorların hamısı şumlamaya və əkinə cəlb edilib. Bir neçə ildir ki, bəzi kəndlərimizdə şərti suvarılan və dəmyə torpaq sahələrində əkin aparıldığından indi həmin ərazilər də əkin dövriyyəsinə daxil edilib. Belə sahələr əsasən rayonun Külüs kəndində çoxluq təşkil edir. Həmin kənddə də dəmyə sahələrdə əkin keçirən zəhmətkeşlərin bol məhsul əldə etməsi həmin sahələrdə taxıl əkininə marağı artırıb. Ötən il zəhmətkeşlərin işə can yandırmasının nəticəsində taxıl sahələrindən nəzərdə tutulduğundan artıq məhsul istehsal olunub. Bu da onları ruh yüksəkliyinə, maddi-marağının artmasına, həmçinin daha yaxşı işləməyə və işə məsuliyyətlə yanaşmağa ruhlandırıb. Ona görə də taxılçılar bu il daha böyük maraqla sahələrini şumlayıb əkiblər və suvarmanı optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbərliyə alıblar. Qeyd etmək istəyirəm ki, payızlıq taxıl əkini əvvəlki illərdən fərqli olaraq daha çox şırım üsulu ilə aparılır. Artıq 1271 hektar sahədə şırım üsulu aparılıb. Bu üsulun da ən başlıca üstünlüyü suvarmanın keyfiyyətli olması və məhsul istehsalına müsbət təsir etməsidir. Taxıl əkilmiş sahələrin suvarılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən nasos stansiyalarının gücündən də lazımi qədərində istifadə olunur. Uzun illər əkilməmiş, dincə qoyulmuş sahələrdə də taxıl əkininin aparılması əhalinin bu sahəyə olan marağının göstəricisidir. Dövlət dəstəyi ilə yardım və güzəştli şərtlərlə gübrələrin verilməsi də kənd əməkçilərinin sahələrdən daha çox məhsul əldə etməsinə, yaxşı gəlir götürməsinə imkan verir. Bu mənada demək olar ki, indi torpağa qayğı güclənib. Nəticədə əkin sahələri genişləndirilib, məhsuldarlıq artdığından əkinçilərin iqtisadi vəziyyəti daha da yaxşılaşıb. Taxılçılığa marağın artmasının göstəriciləri artıq hər kəsin gözləri önündədir. Əkin sahələrimizin ilbəil artmasının nəticəsidir ki, yerli məhsul istehsalı da bu gün əvvəlki illərdən fərqli olaraq daha da çoxalıb. Sevindirici haldır ki, bu gün də kənd təsərrüfatı əməkçilərinə yüksək səviyyədə dövlət qayğısı göstərilir. Hazırda əkin aparan zəhmətkeşlərə dövlət qayğısı ilə lazımi texnikanın, toxum və gübrələrin çatdırılması üçün lazımi köməklik göstərilir. Bütün bunlar əkinçilərə yaxşı məhsul əldə etmək üçün yaradılan şəraitdir. Elə bu şərait nəticəsində əkinçilər də son illərdə əkdikləri sahələrdən yaxşı məhsul əldə edə bilirlər. Yaxşı məhsul isə çoxlu qazanc deməkdir. Bu mənada yaradılan şəraitdən hərtərəfli istifadə etməyə çalışan zəhmətkeşlər payızlıq taxıl əkini sahələrində işlərini vaxtında başa çatdıracaqlarına əmindirlər.

T.Baxşəliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930