SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir müavini: "Quru dərs keçməklə şagirddə maraq yaratmaq mümkün deyil"

Nazir müavini:
24-01-2019, 10:53

“Məlumat bolluğu olan dövrdə, heç bir informasiya-kommunikasiya texnologiyası (İKT) istifadə etmədən, quru dərs keçməklə şagirddə maraq yaratmaq mümkün deyil”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bugünkü gənclər texnologiyanın ən geniş istifadəçisidir və buna maraq göstərirlər: “Bunlar şagird üçün bir öyrənmə vasitəsi olmalıdır. Müəllim məzmunu düşünüb, İKT tətbiq etməklə şagirdlərə ötürməlidir. Son illər məktəblərdə yaradılan yeni şərait, infrastruktur, İKT avadanlıqları ilə təchizat işi xeyli yaxşılaşır, amma bununla yanaşı, bütün bu yeniliklərdən istifadə etməyi, onu gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə və onların hazırlığına ehtiyac var. Qarşıda duran prioritet vəzifələrdən biri də məhz müasir təhsil verənlərin hazırlanmasıdır”.

Artıq bu ilin sentyabr ayından etibarən məktəblərdə yeni innovativ yanaşmaların tətbiqinə başlanacağını deyən M.Vəliyeva qeyd edib ki, bunun üçün pilot məktəblər müəyyənləşdiriləcək: “Oradakı təcrübə sınaqdan keçdikdən sonra paralel olaraq ölkənin başqa məktəblərinə də ötürüləcək”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30