SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO
12-12-2019, 09:00

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-mayor Hikmət Kərimov qeyd edib ki, azadlıq, müstəqil dövlət halında yaşamaq hər bir xalqdan ötrü, o cümlədən bizim xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Məhz buna görə də qədirbilən xalqımız ilk növbədə öz dahi oğluna - Heydər Əliyevə minnətdardır. Hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzilliyin sonunda Heydər Əliyev kimi qüdrətli şəxsiyyətimiz olmasaydı, müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik! Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir rəhbəri olmuşdur.

Nazirliyinin şöbə rəisi polkovnik Emin Qasımov vurğulamışdır ki, Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O öz xalqının bağrından qopub gələn Böyük Azərbaycanlıdır, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşidir. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət ən çətin tarixi dövrlərdə və təqiblər şəraitində belə doğma Azərbaycana misilsiz sədaqətlə xidmət etmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə nazirliyin əməkdaşı kаpitаn Rəcəb Səfərov «Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur», kаpitаn Anar Əhmədov «Heydər Əliyev Azərbaycan qədər əbədi» və dövlət qulluqçusu Azadə Cəfərova «Heydər Əliyev müasir gənclər siyasətinin banisidir» mövzularında çıxışlar ediblər. Məruzələrdə qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qurması, inkişaf etmiş bir dövlətə çevirərək xalqımıza miras qoyması onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindədir. Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, bugünkü uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqil Azərbaycan 2003-cü ildən Heydər Əliyev məktəbinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, biri-birindən əhəmiyyətli uğurlara imza atır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla yanaşı, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkana çevrilib. Azərbaycan bu gün dünyanın 10 xoşbəxt, islahatçı ölkəsi sırasında təmsil olunmaqla inkişaf modelinin digər ölkələr üçün cəlbedici olduğunu təsdiqləyir. Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slaydlar və videofilm iştirakçılara təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031