SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşəyönümü məşğələ keçirilib

Babək rayonunda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşəyönümü məşğələ keçirilib
24-01-2019, 09:19 415 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açmışdır.
Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədi ilə onlara tədris müddəti ərzində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan tapşırığların icrasına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 9, 10 və 11-ci sinif şagirdlərinin təhsil aldığı məktəblərdə təsdiq olunmuş qrafik əsasında peşəyönümlü məşğələlərin tədrisi davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sözügedən qrafikə uyğun olaraq, 23 yanvar 2019-cu il tarixdə Babək rayonu Uzunoba kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşəyönümlü məşğələlərə cəlb edilmiş, onlara əmək bazarında tələb olunan peşə və ixtisaslar barədə məsləhət xarakterli məlumatlar verilmişdir. Tədbir zamanı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan təlim proqramına uyğun olaraq, peşəyönümü məşğələlərin peşə seçimində rolu və əhəmiyyəti, peşə seçimində “səkkiz bucaq situasiyası”, məşhur peşələrin xüsusiyyətləri ilə bağlı mövzular ətrafında elektron lövhədə slaydlar və videomateriallar nümayiş etdirilmiş, iştirakçılara sorğu blankları təqdim olunmuşdur.
Babək rayonunda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşəyönümü məşğələ keçirilibBabək rayonunda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşəyönümü məşğələ keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728