SON DƏQİQƏ

naxcivanxeberleri.com

Macarıstanın Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub-FOTO

Macarıstanın Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub-FOTO
11-12-2019, 15:11

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev qonağı salamlayaraq ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor Azərbaycan-Macarıstan münasibətlərinin bütün sahələrdə, o cümlədən elm və təhsildə uğurla inkişaf etdiyini bildirib. Qeyd edilib ki, hər bir fakültəsi üçün ayrıca tədris korpusu olan universitetin maddi-texniki bazası, xarici ölkə universitetləri ilə beynəlxalq əməkdaşlığı da mövcuddur. Bunun nəticəsidir ki, universitetdə 10 ölkədən 800-ə yaxın tələbə ali təhsil alır. Rəhbərlik etdiyi ali məktəblə Macarıstan universitetləri arasında əməkdaşlıq imkanlarından danışan rektor vurğulayıb ki, hal-hazırda Naxçıvan Dövlət Universitetinin bir tələbəsi Macarıstanın Budapeşt şəhərindəki yerləşən Beynəlxalq Biznes məktəbində ali təhsilini davam etdirir.

Səfir Naxçıvan və Macarıstan Erasmus + Universitetləri arasında qarşılıqlı əlaqə, Macarıstanda olan təqaüd proqramları haqda danışıb. Diplomat bildirib ki, tələbələr bakalavr və magistr üzrə Kənd təsərrüfatı və su menecmenti, Təbiət elmləri və davamlı inkişaf, Səhiyyə elmləri, Turizm, Mühəndislik, İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznes və menecment ixtisasları üzrə, istənilən ixtisası seçməklə isə doktorantura səviyyəsində təhsillərini Macarıstan ali məktəblərində davam etdirə bilərlər.
Görüşdə Erasmus+ çərçivəsində universitetlərarası qarşılıqlı əməkdaşlıqdan danışılıb və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, tələbələrin sualları cavablandırılıb.

Macarıstanın Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub-FOTO
Macarıstanın Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31