SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər 7 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli tədbir keçirilib

Naxçıvan şəhər 7 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli tədbir keçirilib
10-12-2019, 21:30

Doğma Vətənimiz Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın inkişafı və təhlükəsizliyi gələcəyimiz olan gənclərdən və azyaşlı körpələrdən asılıdır, onların təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ olaraq daima diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə muxtar respublikada Fövqəladə Hallar Nazirliyi ardıcıl tədbirlər keçirir. Belə tədbirlərdən biri də Naxçıvan şəhər 7 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd uşaqların xoşagəlməz hallarda qarşılaşdığı təhlükələrə onları əvvəlcədən hazırlamaq, uşaqlarda təhlükəsiz həyat fəaliyyətini formalaşdırmaq, onların diqqətini fövqəladə hal probleminə cəlb etmək olmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, Naxçıvan şəhər 7 saylı uşaq bağçasının müdiri Nazilə Ləzgiyeva giriş sözü ilə tədbiri açaraq onun əhəmiyyətindən danışıb. Daha sonra məişətdə və ətraf mühitdə baş verə biləcək təbii və texnogen qəzalar uşaqların dili ilə böyüklərə çatdırılmışdır.
Balaca fidanlar məişətdə valideyn nəzarətsizliyi ucbatından baş verən yanğınlara diqqət çəkmək məqsədilə əməli tədbirin ilk səhnəciyini yanğınlara həsr etmiş, bu səhnəcikdə yanğın zamanı körpələr tərəfindən qaynar xətlərə necə zəng edilməsi, zərərçəkmişin yanğın ocağından xilas edilməsi və ilk yardımın göstərilməsini əyani şəkildə sərgiləmişlər.
Əməli tədbirdə səhnəciklərlə yanaşı fövqəladə hallara aid mahnılar da uşaqlar tərəfindən ifa edilmiş, musiqi sədaları altında qürur mənbəyimiz olan bayrağımız səhnəyə gətirilmiş və onun ətrafında rəqs edilmişdir.
Balaca fidanlar tərəfindən məişətimizdə aktual problemlərdən biri olan dəm qazı ilə zəhərlənmə və ondan qorunma yolları canlandırılmış, belə hallarda zərərçəkmişlərə ilk yardımın göstərilməsi qaydası əyani şəkildə göstərilmişdir.
Sonda “Fövqəladə hallar uşaqların gözü ilə” adlı sərgi qonaqlara təqdim olunub. Təqdim olunan sərgidə Naxçıvan şəhər 7 saylı uşaq bağçasının balaca fidanlarının və tərbiyəçilərinin əl işləri göstərilmişdir.
Tədbirdə Naxçıvan şəhər 7 saylı uşaq bağçasının ümumilikdə 6 tərbiyəçi və məktəbəqədər qrupun 26 fidanı iştirak etmişdir. Səhnəciklərdə fəal iştirak edən uşaqlara diplomlar təqdim olunmuş, onlara təhlükəsiz həyat naminə uğurlar arzulanmışdır.
Tərbiyəçilər və uşaqlar tərəfindən hazırlanmış Fövqəladə Hallar Nazirliyinin emblemi xatirə olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımova təqdim edilmişdir.



Naxçıvan şəhər 7 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli tədbir keçirilib
Naxçıvan şəhər 7 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli tədbir keçirilib
Naxçıvan şəhər 7 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda əməli tədbir keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031