SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO
10-12-2019, 20:22

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Zamiq Məmmədov tədbiri açaraq qeyd etdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi müavini daxili xidmət mayoru Məhərrəm Həsənov Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artmasının Heydər Əliyevin səmərəli fəaliyyətinin sayəsində mümkün olduğunu qeyd etmişdir.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd və videofilm iştirakçılara təqdim olunub.



Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031