SON DƏQİQƏ

naxcivanxeberleri.com

GƏNC YAZARIN MƏHSULDAR ƏMƏYİ

GƏNC YAZARIN MƏHSULDAR ƏMƏYİ
10-12-2019, 20:09

Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövrdən etibarən meydana çıxmış, cəmiyyətin inkişafında müvafiq olaraq zənginləşmə yolu keçmiş və Azərbaycan ictimai-pedaqoji fikrinin mühüm probleminə çevrilmişdir. Orta əsrlərdə şəxsiyyətin formalaşması ideyası insanın tərbiyə edilməsi kimi başa düşülmüş, yaxşı insan yetişdirilməsi məqsədini daşımışdır.
Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Taleh Xəlilovun “Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri” adlı dərs vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.
Elmi redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev, rəyçiləri isə pedaqogika üzrə elmlər doktoru, dosent Rəcəb Ağayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Kərimova və filologiya üzrə fəlsəfə doktoru Şərəbanı Məmmədova olan dərs vəsaiti çox zəngin struktura malikdir. Qeyd edək ki, dərs vəsaiti 2 fəsil, 5 yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Dərs vəsaiti giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Girişdə müəllifin problemə münasibətini elmi yanaşma kimi qiymətləndirirəm.
Vəsaitin birinci fəsli “Orta əsr mütəfəkkirlərinin yaradıcılığında şəxsiyyətin inkişafında irsiyyət amilinin qoyuluşu məsələləri” adlanır. İki yarım fəsildən ibarət olan bu fəsildə ictimai, fəlsəfi və pedaqoji fikrimizin qaynaqları kimi M.Əvhədi, N.Gəncəvi, N.Tusi və M.Füzuli həyatı haqqında qısa məlumat verilmiş və əsərlərində irsiyyət amilinin şəxsiyyətin formalaşmasına təsirinə aid nümunələr əsasında geniş təhlillər aparılmışdır.
Xoşa gələn cəhətdir ki, Taleh Xəlilov problemi dövrün tələbləri, diqtəsi, ideoloji streotiplərinin tərbiyədə əksi prizmasından öyrənməyə səy göstərmiş və buna demək olar ki, nail ola bilmişdir.
“Orta əsr mütəfəkkirləri insanın mənəvi təkamülündə mühitin və tərbiyənin rolu haqqında” başlıqlı ikinci fəsildə mühit və tərbiyə amilləri haqqında ümumi məlumat verilmişdir. Bu ümumi elmi-nəzəri fikirlər müəllifin məsələyə düzgün metodoloji əsaslarla yanaşdığını nümayiş etdirir.
Gənc tədqiqatçı oxucunu inandıra bilir ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi orta əsr Azərbaycan mü-təfəkkirlərinin əslərində insanın formalaşması prosesində tərbiyənin və mühitin rolu ilə bağlı fikirləri pedaqoji fikrimizin çox əhəmiyyətli səhifələridir.
Müasir şəraitdə bu zəngin xəzinə araşdırılaraq üzə çıxarılmalıdır. Bütövlükdə əsərdə klassik Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsinin məz¬munu və vəzifələri haqqındakı fikirləri geniş və sistemli şəkildə təhlil olunmuş və müasir şəraitdə şəxsiyyətin formalaşmasının tarixi nəzəri məsələlərinə aid yeni bir vəsait hazırlanmışdır ki, bu vəsait ali məktəbdə tədris prosesinə layiqli bir tövhə olacağına inanırıq.
Qeyd edək ki, müəllif problemlə bağlı çox saylı tədqiqat materialını hərtərəfli və sistemli şəkildə öyrənmiş, bu tarixi-nəzəri mənbələr haqqında əhəmiyyətli maraqlı fikirlər söyləyə bilmişdir. Bu cəhətə əsaslanaraq göstərə bilərik ki, həqiqətəndə dərs vəsaiti məhz belə bir problemə həsr olunduğu üçün aktuallıq kəsb edir.
Vəsaitdə müəllif şəxsiyyət tərbiyəsinin nəzəri problemlərini arşdıran görkəmli tədqiqatçı alimlərin əsərlərindən və elektron mənbələrindən də bacarıqla istifadə etmişdir. Ümumiyyətlə bəhs olunan problem dolğun və hərtərəfli hazırlanmışdır. Bəhs olunan məsələlərin təhlil-tərkib edilməsi və fikrin məntiqi ardıcıllığı tədqiqatın elmi dəyərini artırır.
Taleh Xəlilov problemlə bağlı elmi ədəbiyyatlarla, dövrü mətbuat kolleksiya-ları ilə tanışlığıda xüsusi qeyd olunmalıdır. Tədqiqatçı kimi müəllifin problemə baxışı, bəhs olunan məsələlərə yanaşması tam sistemli və yenidir.

Vahid RZAYEV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031