SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb
10-12-2019, 18:30

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında bölmənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Unus kənd sakini Müşfiq Quliyev və Pəzməri kənd sakini Mehdi Bilalov saxlanılıblar.

Onlar Unus kənd ərazisində yerləşən Qalaqayası dağında qanunsuz silah vasitəsilə adı “Qırmızı kitab”a düşən və ovlanması qadağan edilən Bezuar keçisinin ovlayıblar.

Saxlanılan şəxslər tutduqları əməldən peşman olduqlarını bildiriblər.

Fakt üzrə həmin şəxslər barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031