SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzində saxlanılır-FOTO

Aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzində saxlanılır-FOTO
10-12-2019, 18:06

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkşafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.
Həmçinin, ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları" ili elan olunub ki, bu da sözügedən kateqoriyalardan olan şəxslərin ailə təsəərüfatlarını formalaşdırmasına yeni imkanlar açır.
Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının növbəti mərhələsi çərçivəsində Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə, ümumilikdə 12 nəfərə yanında balası olan iribuynuzlu, 5 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu, 1 nəfərə dülgər alətləri, 1 nəfərə isə dərzi avadanlıqları və ləvazimatları verilib. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Proqramın icrası, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə hərtərəfli şərait yaradır, aztəminatlı ailələrin özünüməşğulluq imkanlarını artırır. Bildirilib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdə və təsərrüfatlarda daimi olaraq artım müşahidə olunur ki, bu da onların sosial rifah halının yaxşılaşdırılmasına, məşğulluqlarının təmin olunmasına və fərdi təsərrüfatlarının inkişafına köməklik göstərir.
Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.


Aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzində saxlanılır-FOTOAztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzində saxlanılır-FOTO
Aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzində saxlanılır-FOTO
Aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzində saxlanılır-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31