SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərurda yeniyetmələr arasında şahmat birinciliyi keçirilib

Şərurda yeniyetmələr arasında şahmat birinciliyi keçirilib
23-01-2019, 18:57 281 dəfə baxılıb

Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Şahmat Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə Şahmat Məktəbində yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, birincilikdə 23 məktəbdən 46 şagird iştirak edib.
Yekun nəticəyə əsasən, 10 yaş qrupunda Düdəngə kənd tam orta məktəbinin şagirdi Turab Əsgərov qalib olub. Vərməziyar kənd tam orta məktəbinin şagirdi Sinan Rzayev və Siyaqut kənd tam orta məktəbinin şagirdi Kənan Əliyev ikinci və üçüncülüklə kifayətləniblər.
8 yaş qrupunda isə Şərur şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Kənan Babayev hamıdan güclü olub.
Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728