SON DƏQİQƏ

naxcivanxeberleri.com

Heydər Əliyev Beynəlxalq Aeroportunda illik sərnişin axını 5 milyon nəfərə çatacaq

Heydər Əliyev Beynəlxalq Aeroportunda illik sərnişin axını 5 milyon nəfərə çatacaq
10-12-2019, 15:11

Bu il Heydər Əliyev Beynəlxalq Aeroportundan 5 yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas” və “Pegasus” uçuşlar həyata keçirməyə başlayıb.

NAXCİVANXEBERLERİ.COM "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir ki, bu barədə hava limanının direktoru Teymur Həsənov məlumat verib.

Onun sözlərinə görə, hazırda aeroport 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. Bunlardan 9-u “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaqla aşağıbüdcəli aviaşirkətlərdir.

Son beş il ərzində Bakının hava limanında illik sərnişin axını 62% artıb və bu ilin yekununda 5 milyon nəfərə çatmalıdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031