SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi gözlənilir

Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi gözlənilir
10-12-2019, 17:30

Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştləri mexanizminin tətbiqi gözlənilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda deyib.

O bildirib ki, bu gün Gənclər Fondunun hesabına innovasiya layihələri və startapların maliyyələşdirilməsi üçün banklar vasitəsilə 50 min manatadək güzəştli kreditin verilməsi mexanizmi mövcuddur:

“Startapların fəaliyyətinin stimullaşdırılması üçün kredit dəstəyi ilə yanaşı, vergi güzəştləri nəzərdə tutulur. Hesab edirik ki, mexanizm işə düşdükdən sonra bu dəstəkdən istifadə edənlərin sayı artacaq”.

O.Məmmədovun sözlərinə görə, daxili bazarın tədqiqinə dövlət dəstəyi 20 min manat təşkil edir və gənc sahibkarlar üçün bundan istifadə etmək məqsədəuyğundur:

“Bu gün bir çox rayon və şəhərlərdə gənclər evləri yaradılıb və hökumət bu mərkəzlərin imkanlarından səmərəli şəkildə yararlanmağa çağırır”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930