SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Azərbaycan Könüllülük Həftəsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

10-12-2019, 14:00

"Bütün "Azərbaycan Könüllülük Həftəsi"nin iştirakçılarını təbrik edirəm. Çox uğurla başa vurduq. Bu, yeni bir kommunikasiya vasitəsidir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri Ülvi Mehdiyev "Azərbaycan Könüllülük Həftəsi" layihəsinin yekunları ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

Qurum rəsmisi layihə çərçivəsində önəmli tədbirlərin baş tutduğunu vurğulayıb: "Hər günün öz adı, devizi vardı. Ona uyğun tədbirlər həyata keçirildi. Tədbirlər ictimaiyyət həyatının müxtəlif sahələrini etdi. Gənclərimiz cənab prezidentin müəyyən etdiyi istiqamət üzrə uğurla irəliləyirlər".

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə həftəboyu tədbirlərdə iştirak və dəstəyə görə hər kəsə təşəkkür edib: "Cənab Prezident gənclər hərəkatına dəstək verməyə çağırış etdi. Bu layihə həmin çağırış nəticəsində ərsəyə gəldi. Tədbirlərin gerçəkləşməsində dövlət qurumları və müxtəlif gənclər təşkilatları fəal iştirak etdilər. Bu cür tədbirləri mütəmadi platformaya keçirməyi düşünürük. Təbii ki, gənclərin dəstəyi ilə olacaq".

Qeyd edək ki, dekabrın 1-də “ŞəhidimİZ” və “VətənimİZ” kampaniyaları ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi” bütün ölkəni əhatə edən kütləvi tədbirlərin, o cümlədən, “Könüllülük sərhəd tanımır!” adlı sosial aksiya, İDEA İctimai Birliyinin də tərəfdaş kimi qatıldığı “TəbiətimİZ” adlı ekoloji aksiyanın təşkili ilə davam edib.

Dekabrın 5-də Azərbaycan Könüllülərinin 2-ci Respublika Həmrəylik Forumuna minlərlə gənc qatılıb. Həftənin ən fəal 300 könüllüsü isə dekabrın 6-9-da Qusarda baş tutan dördgünlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031