SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində məktəblilər arasında basketbol birinciliyi keçirilib

Naxçıvan şəhərində   məktəblilər  arasında basketbol birinciliyi keçirilib
23-01-2019, 18:28

Naxçıvan şəhəri 3№-li tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdi. Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Məmmədcəfər Əliyev çıxış edərək yarışın qaydaları haqqında komandalara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak etmişdir. Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən, Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilən yarışın yekununa əsasən 10 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 17 nömrəli tam orta məktəbin komandası II yerə, 3 və 1 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüb. Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları, Uşaq-Gənclər İdman Məktəbinin isə hədiyyələri təqdim edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30