SON DƏQİQƏ

naxcivanxeberleri.com

"WhatsApp"da daha bir yeni funksiya

"WhatsApp"da daha bir yeni funksiya
9-12-2019, 09:25

"WhatsApp" mesenceri, tapşırıqlar yaratmağa və müvafiq xatırlatmaları almağa imkan verən yeni bir funksiya ilə təchiz olundu.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Any.do" xatırlatma xidməti ilə birlikdə yaradılan funksiyaya "WhatsApp xatırlatma" adlanır və mesencer quraşdırılmış bütün cihazlarda ödənişli abunə ilə əldə edilə bilər.

Tapşırıq yaratmaq üçün, xatırlatma vaxtını qeyd etməklə "Any.do" botuna müvafiq mesaj göndərilməlidi. Bundan əlavə, avtomatik olaraq tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınan mesajlar yönləndirilə bilər.

Daha əvvəl "WhatsApp" tədqiqatçıları tərəfindən müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silən yeni bir funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verilmişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930