SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransada yaşayan Azərbaycanlı: Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi"-FOTO

Fransada yaşayan Azərbaycanlı: Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi"-FOTO
9-12-2019, 09:50

Rza Zeyni:"20 il sonra səfər etdiyim Naxçıvan mənə fərqli hisslər yaşatdı. Bu 20 il ərzində şəhər tamamilə dəyişib, inkişaf edib. Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi".

Bu sözləri NAXCİVANXEBERLERİ.COM-a 20 il sonra Naxçıvana təkrar səfər edən Rza Zeyni Naxçıvan haqqında təssüratlarını bölüşərkən deyib.

Bildirib ki, 20 ildir Fransada yaşayıram və bu müddət ərzində Naxçıvana səfər etməmişəm, lakin bura mənim üçün hər zaman maraqlıdır. Qohumların dəvəti mənim çoxdandır arzu etdiyim şəhərə gəlməyimə səbəb oldu. Şəhərin gözəlliyi, təmizliyi məni heyran etdi. Sadəcə şəhərin özündə deyil, ətraf rayon və qəsəbələrin də səliqəli və təmirli küçələri diqqətəlayiqdir. Məncə, şəhərin təmizliyi Avropa ölkələri ilə qarşılaşdırmaq mümkündür. Məktəb, idarə və digər binaların son təchizatlarla təmin edilməsi, estetik görünüşü də diqqəti çəkən məqamlardan biri oldu. Dini turizm obyekti olan Əshabi-Kəhf ziyarətgahının əzəməti insanı valeh edir. Burada əcnəbi turistlərə rastlaşdıqda anladım ki, Naxçıvan artıq dünyada tanınan bir şəhər olmuşdur. Şəhərdə olduğum müddət ərzində bir çox muzeylərdə oldum. Heydər Əliyev muzeyində Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri ilə tanışlıq mənim üçün unudulmaz xatirələrdəndir. Muzey əməkdaşları can-başla çalışır, şəhərin qonaqlarını aydın və geniş informasiya ilə məlumamatlandırırlar. İnsanların səmimiliyi, gülərüzlüyü insanı öz evində kimi hiss etdirir. Naxçıvan mənim üçün əziz bir məkan oldu. Gələn səfərim ailəmlə birgə olacaqdır. Biz hər vəchlə çalışacağıq ki, Fransız turistlər də bu şəhərlə yaxından tanış olsunlar.

Fransada yaşayan Azərbaycanlı: Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi"-FOTOFransada yaşayan Azərbaycanlı: Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi"-FOTO
Fransada yaşayan Azərbaycanlı: Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi"-FOTO
Fransada yaşayan Azərbaycanlı: Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi"-FOTO
Fransada yaşayan Azərbaycanlı: Naxçıvanın hərtərəfli inkişafı, tərəqqisi məni sevindirdi"-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31