SON DƏQİQƏ

naxcivanxeberleri.com

Polisə vətəndaş dəstəyi

Polisə vətəndaş dəstəyi
7-12-2019, 14:20

Babək rayonunun Şəkərabad kəndində ictimai asayişin,yaşıllıqların və kəndlərdə inşa olunan yeni tikililərin qorunub saxlanılması sahəsində görülən işlərlə bağlı yaradılmış İctimai şuraların növbəti yığıncağı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Babək Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Teymur Quliyev qeyd edib ki, müasir dövrdə ictimai asayişin təmin olunmasında vətəndaşların rolu xüsusilə ön plana çəkilir. Kəndlərdə sayılıb-seçilən, şəxsi nüfuzu olan insanların Şura üzvlüyünə seçilməsi ilə həmin yaşayış məntəqələrində qabaqcadan münaqişəli məsələlərin həllinə imkan verir. Kəndlərimizdə son illər qurulub- yaradılanların qorunmasında da Şura üzvlərinin mühüm rolu vardır. Belə ki, onlar ictimai qınaq tətbiq etməklə, maarifləndirməklə qurulanları, yaşıllıqları , k ə n d i n abadlığını qorumayanlara qarşı mübarizə aparırlar. Şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis polkovnik- leytenantı Tağı Kazımov bu ilin ötən dövrü ərzində İctimai Şuranın üzvləri ilə birlikdə görülən işlər barədə məlumat verib. İclasda İctimai Şura üzvlərinin də fikirləri dinlənilib.


Faiq ALLAHVERDİYEV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031