SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güclü ürəyə sahib olmağın ən asan yolu

Güclü ürəyə sahib olmağın ən asan yolu
6-12-2019, 23:22

Kardioloqlar gündəlik həyatda ürəyin sağlam qalması üçün qəbul olunması vacib olan qidaların adlarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ürək-damar mütəxəssisləri hər gün 1 diş sarımsaq, həftədə 3 dəfə fındıq, həftədə 3 gün isə lobya və noxud yeyilməsini məsləhət görür. Həmçinin çayın yaşıl, üzümün qırmızı olanını seçməyi üstün tuturlar.

Nizamlı bəslənmək və hər qidadan lazımi qədər istifadə etmək ürəyin sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Bədənin ehtiyacı olduğu qədər qida qəbul etməsi artıq çəkidən qurtulmağa da kömək edir.

Mütəxəssislər bildirir ki, güclü ürəyə sahib olmaq üçün qızartma yeməklərdən imtina etmək, xəmir xörəkləri, fəst-fud, çips və bənzər qidalardan da uzaq durmaq lazımdır. Həmçinin, meyvə və tərəvəzlərin kalori miqdarına diqqət etmək önəmlidir.

Lakin bu mütəxəssislərin tövsiyələri kifayət etməz. Güclü və sağlam bir ürəyə sahib olmaq üçün o ürəkdə həm də sevgi, mərhəmət, sadiqlik, inam kimi keyfiyyətlərin olması önəmlidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031