SON DƏQİQƏ

naxcivanxeberleri.com

Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
6-12-2019, 16:30

Bu gün Lənkəranda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, KOBİA-dan verilən məlumata görə, KOBİA-nın, yerli icra hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), “RabitəBank” ASC-nin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə “KOB Dostu” mexanizmi, bu dəstəyin sahibkarlar üçün faydası, eləcə də AKİA-nın “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi layihəsi” barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ötən 2 il ərzində KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər və “KOB Dostu”nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rehimov isə Lənkəranın sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fealiyyeti barədə məlumat verib, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olduğu vurğulanıb.

Tədbirdə həmçinin, “KOB Dostu” mexanizminə dair təqdim keçirilib, AKİA-nın “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi”nin agent bankı olan “RabitəBank”ın nümayəndəsi tərəfindən layihə və bankın KOB-lar üçün digər xidmətləri barədə məlumat verilib.

Sonra tədbir iştirakçıları Lənkəranda Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Həmin gün həmçinin, Cəlilabad rayonunda da “KOB Dostu” fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB dostlarının sayı 20-yə çatıb.

Regionda sahibkarlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə KOBİA terefinden göstərilən dəstək tədbirləri, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonda sahibkarlığın inkişafı barədə məlumat verib, sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət ediblər.

“KOB Dostu” Cəlilabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək və burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Digər “KOB Dostu” ofislərində olduğu kimi, Lənkəran və Cəlilabad rayonlarında da KOB dostları ilə birgə “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.

Tədbirlər çərçivəsində sahibkarların problemlərinin ve təkliflərinin öyrənilməsi üçün sorğu da keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31