SON DƏQİQƏ

naxcivanxeberleri.com

YAP-ın Şərur Rayon Təşkilatının təsis olunmasnının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

YAP-ın  Şərur Rayon Təşkilatının təsis olunmasnının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
23-01-2019, 14:28

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis olunmasnının 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının şura üzvü Tahir Əliyev, Şərur Olimpia İdman Kompleksinin direktoru Rza Camalov, partiya veteranı Əli Nəcəfov, Naxçıvan Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Seyfəddin Eyvazov çıxış etmişlər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranma zəruriyyətindən, keçdiyi çətin və şərəfli yoldan, Ulu Öndərimizin Azərbaycan dövləti, Azərbaycan xalqı üçün göstərdiyi misilsiz fəaliyyətindən ətraflı bəhs olunmuşdu. Həmçinin Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis olunduğu vaxtdan bu günə qədər keçdiyi yola nəzər salınıb. Qeyd olunub ki, respublikamızda bu əsl xalq partiyasının ilk rayon təşkilatı 26 il öncə, 1993-cü il yanvarın 23-də partiyanın əbədiyaşar Lideri Heydər Əliyevin iştirakı ilə Şərurda yaranıb. Yarandığı ilk gündən rayon təşkilatı 34 ərazi ilk təşkilatında 3000-ə yaxın partiya üzvünü öz ətrafında birləşdiririb. Həmin vaxta partiya üzvlərimizin 370 nəfərə yaxınını qadınlar, 510 nəfərə yaxınını isə gənclər təşkil edirdi. Ötən illər ərzində rayon təşkilatının 12 konfransı keçirilmiş, təşkilatımız sürətlə inkişaf etmiş, öz sıralarını genişləndirmiş və daha mütəşəkkil təşkilat olaraq fəaliyyət göstərməyə başlamışdır. Hazırda rayon təşkilatının tərkibində 87 ilk təşkilat fəaliyyət göstərir. Bunlar bir şəhər, 52 kənd, 7 məktəb və 27 idarə-müəssisə ilk təşkilatlarıdır. Rayon təşkilatının uçotunda isə 10528 nəfər partiya üzvü durur. Bunların 3148 nəfərini (29.9%-ni) qadınlar, 3103 nəfərini (29.4 %-ni) gənclər təşkil edir.
Tədbirin sonunda bir qurub gəncə üzvlük vəsiqələri təqdim olunub.
YAP-ın  Şərur Rayon Təşkilatının təsis olunmasnının 26-cı ildönümü münasibətilə tədbir keçirilibYAP-ın  Şərur Rayon Təşkilatının təsis olunmasnının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930