SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alimlər il ərzində təravətini itirməyən yeni alma sortu yetişdiriblər

Alimlər il ərzində təravətini itirməyən yeni alma sortu yetişdiriblər
4-12-2019, 21:15

ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə riayət etməklə il ərzində xarab olmayan yeni alma sortu yetişdiriblər. Meyvələr artıq ABŞ-da satışa çıxarılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, “Enterprise” və “Honeycrisp” növlərinin birləşdirilməsi nəticəsində yaranan yeni sort almalar “Cosmic Crunch” (“Kosmik xırtıltı”) adlandırılıb.

Sıx toxuma strukturuna, yüksək miqdarda turşuluq və şəkərə malik olan bu alma növü +10 dərəcə temperaturda 12 aya qədər, soyuducuda altı aya qədər, otaq temperaturunda isə bir neçə həftə saxlanıla bilər.

Tədqiqatçılar qeyd edirlər ki, adi alma sortlardan fərqli olaraq yeni sort tünd ləkələrin yaranması, donma, yerə düşmə zamanı əzilmə, həmçinin karbon qazının yüksək konsentrasiyası və oksigenin aşağı olması kimi prosseslərə qarşı zəif həssaslığa malikdir.
Qeyd edək ki, alimlər yeni alma sortunun yetişdirilməsi ilə 1997-ci ildən məşğuldurlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031