SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baş Nazir 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları ilə bağlı sərəncam imzalayıb

Baş Nazir 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları ilə bağlı sərəncam imzalayıb
2-12-2019, 20:30

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031