SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR
2-12-2019, 18:10

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsini 2019-cu il ərzində uğurla həyata keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, könüllülər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunmuş və onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilmişdir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu il ərzində Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında yaşayan və müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən 109 vətəndaşa yaşadıqları yerlərdə operativ köməklik göstərmişdir ki, bu xidmət də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Xidmətin məqsədi rayonlarda yaşayan, informasiya kommunikasiya texnologiyalarından və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə köməklik göstərilməsindən ibarətdir. Bu layihənin irəli sürülməsi vətəndaşların sənəd qəbulu zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisininin qarşısının alınmasına xidmət edir. Xidmətin həyata keçirilməsi zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşının müşaiyəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olmuş, lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və onların müsabiqədə iştiraklarını təmin etmişlər.
Car ildə rayonlarda vətəndaşlara göstərilən səyyari xidmətin uğurla həyata keçirilməsi 2020-ci ildə də davam etdiriləcəkdir.


“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR
“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR
“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR
“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR
“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR
“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin icrası başa çatıb-FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031