SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən maarifləndirici tədbir keçirilib-FOTO

Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən maarifləndirici tədbir keçirilib-FOTO
29-11-2019, 15:30

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Fondun Şahbuz rayon şöbəsi tərəfindən Şahbuz şəhər inzbati ərazi üzrə nümayəndəliyin iclas zalında fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Məhəmməd Bayramov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.

Şahbuz rayonunda fərdi uçot sahəsində görülən işlər barədə Fondun Şahbuz rayon şöbəsinin müdiri Zamin Qurbanov tədbir iştirakçılarına məlumat vermiş, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən danışmışdır.

Diqqətə çatdırılmışdır ki, şöbə tərəfindən qarşıya qoyulan başlıca vəzifələrdən biri rayonda bütün sığortaolunanların fərdi uçotunun aparılması və sosial sığorta şəhadətnaməsi ilə təmin edilməsidir. Eyni zamanda, şöbə tərəfindən fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılmasına, rayonda vətəndaşların maarifləndirilməsinə mütəmadi olaraq çalışılacaqdır.
Sonra Fondun Şahbuz rayon şöbəsinin Sosial sığorta sektorunun müdiri Ələddin Hüseynov sosial sığorta şəhadətnaməsinin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. O qeyd etmişdir ki, iş yerini neçə dəfə dəyişməsindən asılı olmayaraq sosial sığorta şəhadətnaməsi sığortaolunana bir dəfə verilir. Əmək fəaliyyəti olan sığortaolunan dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə, dublikatının verilməsinə dair ərizə ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən Fondun yerli orqanına müraciət edir.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir.


 Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən maarifləndirici tədbir keçirilib-FOTO
 Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən maarifləndirici tədbir keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031