SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə MES-də yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə MES-də yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib
22-01-2019, 17:45

22 yanvar 2019-cu il tarixində Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Modul Elektrik Stansiyasında mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi Modul Elektrik Stansiyasında mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Əbülfəz Qafarov istehsal təyinatlı obyektlərdə mülki müdafiə işinin təşkilinə qoyulan müasir tələblər, mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkil olunması, dəm qazı və ondan mühafizə üsulları haqqında iştirakçılara məlumat vermişdir.
Sonra məruzə ətrafında çıxış olmuşdur. Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Təhlükəsizliyi Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov yaşayış evlərində yanğın təhlükəsizliyi və qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında tədbir iştirakçılarına dolğun məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, slaydlar təqdim edilmişdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031