SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda növbəti seminar keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda növbəti seminar keçirilib-FOTO
28-11-2019, 16:30

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin əməkdaşları və ümumtəhsil məktəblərinin laboratoriya müdirlərinin bir qrupunun iştirakı ilə “ Laboratoriyaların və əyani vəsaitlərin tədris prosesində əhəmiyyəti” adlı seminar keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, seminarı giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq, tədrisin keyfiyyətinin artırılmasında laboratoriyaların və əyani vəsaitlərin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, məktəblərimizdə kifayət qədər laboratoriya avadanlıqları və əyani vəsaitlər mövcuddur ki, bunlardanda tədris prosesində düzgün istifadə günün tələblərindən biridir.

25 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş Təhsil müşavirəsində laboratoriyalardan və fənn kabinələrindən istifadənin səmərələliyini artırmaq üçün verilmiş tapşırıqlara uyğun olaraq bu cür seminarların təşkili, işin səmərələliyini artıracaqdır. Azad Novruzov qeyd etmişdir ki, müasir dövrdə elektron lövhələrdən virtual laboratoriya kimi istifadə imkanları daha genişdir və ondan istifadə etməklə tədrisin surət və keyfiyyətini artırmaqla yanaşı əlavə avadanlıqlardan istifadədən azad olmaq olar. Naxçıvan Müəllimlər İnstitutu ilə ümumtəhsil məktəblərinin bu sahədə də əməkdaşlığı ixtisasartırma və təkmilləşdirmə istiqamətində nəzərdə tutulan tədbirlər planına daxil edilib.

Sonra institutun baş müəllimi Səminə Rüstəmova “Fənn laboratoriyalarının təşkilində virtual laboratoriyalardan istifadə” mövzusunda çıxış edərək virtual laboratoriyaların əhəmiyyətindən, institutun baş müəllimi Lamiyə Quliyeva “Biologiya fənlərində laboratoriya məşğələlərinin təşkilinə verilən tələblər”dən, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıllı Əliyeva isə “Məktəb laborantlarının qarşısında duran vəzifələr” haqqında geniş çıxış etdilər.

Naxçıvan Müəllimlər İnstitutunda növbəti seminar keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda növbəti seminar keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31