SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fövqəladə Hallar Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi və  “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib
22-01-2019, 10:46

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttişi Arif Rüstəmov fövqəladə vaziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyini vurğulamış və bu cür maarifləndirici tədbirin əhəmiyyətindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, muxtar respublikada ehtimal olunan fövqəladə hallar və davranış qaydaları haqqında məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova dəmiryolu obyektlərində mülki müdafiə tədbirlərinin hazırlanması və keçirilməsi qaydaları, dəm qazı və ondan qorunma yolları haqqında iştirakçılara məlumat vermişdir.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031