SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda taxıl əkini davam edir

Culfa rayonunda taxıl əkini davam edir
23-11-2019, 10:43

İşimizlə əlaqədar olaraq tez-tez kəndlərdə olur, taxılçılıqla məşğul olan təsərrüfat adamları ilə görüşüb söhbət edirik. Kənd adamlarının torpaqla ülfətini görür və torpağı özlərinin əsas iş yerinə çevirib dürlü-dürlü nemətlər götürən insanların təsərrüfata bağlılığının şahidi oluruq. Torpağı öz ailəsinin ruzi mənbəyi hesab edən mülkiyyətçilər növbəti ilin məhsulunun bünövrəsini yaratmaq üçün vaxtında payız şumu qaldırmış, torpağı əkinə hazırlamışlar.

Torpaq mülkiyyətçiləri göstərilən dəstək və dövlət qayğısından, muxtar dövlətimizdə taxılçılığın yüksələn xətlə inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlərdən, təsərrüfat adamlarının texnika və avadanlıqlar alması üçün yaradılmış şəraitdən lazımınca bəhrələnərək taxılçılığa marağı artırmışlar. Gördüklərimizdən aydın olur ki, rayonumuzun təsərrüfatçıları taxıl əkinini ildən-ilə genişləndirir, məhsuldarlığın artırılması üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonumuzun torpaq mülkiyyətçiləri cari ildə 6248 hektar sahədə payızlıq şum qaldırmış, 5153 hektarda isə taxıl səpini aparmışlar. Əkin sahələrinin 4439 hektarı buğda, 714 hektarı isə arpadır. Bu il də dəmyə əkinçiliyə üstünlük verən torpaq mülkiyyətçiləri bu məqsədlə 2805 hektar sahədə şum qaldırmışlar. Təsərrüfat sahibləri şumlanmış dəmyə torpaq sahələrinin 2048 hektarında əkin aparmışlar. Suvarma işini də diqqətdə saxlayan mülkiyyətçilər artıq 572 hektara yaxın sahədə suvarmanı həyata keçirmişlər.

Payız əkininin optimal müddətdə aparılması, sahələrin vaxtında suvarılması, su itkisinin qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlər yerinə yetirilmişdir. İndi rayonumuzun hansı kəndinə üz tutsaq, sahələrdə taxıl səpininin davam etdirilməsinin, əkinlərin suvarıldığının şahidi olarıq.

Torpaq mülkiyyətçiləri bildirdilər ki, onlar göstərilən dövlət qayğısına cavab olaraq əkin sahələrini-torpağı boş qoymamalı, onu becərməlidirlər. Kənd əməkçilərinin min bir zəhmətlə əldə etdikləri məhsul həm maddi vəziyyətlərini yaxşılaşdırır, həm də muxtar dövlətimizdə məhsul bolluğu yaradır. Mülkiyyətçilər indi çox yaxşı bilirlər ki, torpaq ona tər tökənə, zəhmət çəkənə borclu qalmır.


Arazın səsi qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930