SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aşağı Daşarx kəndində vətəndaşlara səyyar xidmətləri göstərilib

Aşağı Daşarx kəndində vətəndaşlara səyyar xidmətləri göstərilib
22-11-2019, 21:28

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir.

Komitənin səyyar xidmət qrupu Şərur rayonunun Aşağı Daşarx kəndində olub. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, xidmət göstərilən kəndlə yanaşı ətraf yaşayış məntəqələrindən də səyyar xidmət qrupuna müraciətlərə baxılıb. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün 14, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 3, ümumilikdə 17 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Müraciətlərlə əlaqədar qəbul edilmiş sənədlər Komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031