SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ölkə Prezidentinin Naxçıvana növbəti qayğısı - Ülvi Hüseynli yazır...-FOTO

Ölkə Prezidentinin Naxçıvana növbəti qayğısı - Ülvi Hüseynli yazır...-FOTO
22-11-2019, 20:40

Güclü, qüdrətli Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ölkə Prezidentinin diqqət və qayğısı ilə yeni inkişaf və quruculuq dövrünü yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 noyabr tarixli Sərəncamları ilə əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi, Naxçıvan Muxtar Respublikasında “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması və Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə ümumilikdə 41 milyon manatdan artıq vəsaitin ayrılması da muxtar respublikanın inkişaf dinamikasına daha bir töhfə kimi mühüm əhəmiyyətə malikdir.

Bu gün dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə atılan hər bir addım, qəbul edilən hər bir qərar konkret hədəfə - Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına hesablanıb. Müdriklərin belə bir sözü var: “Xalqa mücərrəd ideyalar deyil, aydın və gerçək həqiqətlər lazımdır”. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ilə başlayan uğurlu islahatların real bəhrəsidir.

Bu bir həqiqətdir ki, artıq Naxçıvanın blokada şəraitində olması inkişaf üçün, iş görmək üçün əngəl deyil. Naxçıvan Muxtar Respublikası bütün çətinlikləri arxada qoyaraq qurulur, müasirləşir, abadlaşır, inkişaf edir. Noyabr 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən də bu məsələyə xüsusilə diqqəti çəkmişdir: “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

Ötən dövrdə ölkə Prezidentinin Sərəncamları ilə icra olunan dövlət proqramları muxtar respublikada investisiya potensialından tam və kompleks şəkildə istifadəyə imkan vermiş, yeni sənaye, kənd təsərrüfatı, xidmət müəssisələri yaradılmış, məşğulluq səviyyəsi yüksəldilmiş, əhalinin təhsil, səhiyyə və digər sosial təminatları yaxşılaşdırılmışdır.



Gəlin, müqayisəli rəqəmlərə nəzər salaq:



2018-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manat olmaqla 2003-cü ildəki müvafiq göstəricini 16,5 dəfə üstələmişdir.


2003-cü illə müqayisədə 2018-ci ildə sənaye məhsulu 56,3 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 16,1 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 6,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2,8 dəfə, informasiya və rabitə xidmətləri 11,8 dəfə, pərakəndə əmtəə dövriyyəsi 17 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 17,2 dəfə, ixrac 101,8 dəfə, əhalinin gəlirləri 11 dəfə, hər bir nəfərə düşən gəlirlər 9 dəfə, orta aylıq əməkhaqqı isə 11,3 dəfə artmışdır.

2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2018-ci ilin sonuna bu göstərici 6,7 dəfə artaraq 442-yə çatmışdır.

2003-cü ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 9-a çatdırılmışdır.


2004-2018-ci illər ərzində muxtar respublikada 294 inzibati bina, 52 nasos stansiyası, 162 subartezian quyusu, 72 körpü, 160 elm və təhsil müəssisəsi, o cümlədən 34 min 204 şagird yerlik 111 ümumitəhsil məktəbi, 260 mədəniyyət obyekti, 194 səhiyyə müəssisəsi, 21 idman obyekti, 859 istehsal və xidmət obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 300 fərdi ev tikilmişdir.


Son 15 ildə muxtar respublikada 2027,2 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuşdur.
Bir sözlə, ümumi inkişafın nəticəsi kimi Naxçıvan Muxtar Respublikasında ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. Ölkə Prezidentinin Naxçıvanın inkişafı ilə bağlı qəbul etdiyi hər bir qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə inkişaf reallıqlarına çevrilmiş, uğurlu nəticələr qazanılmışdır.

Məqsəd bu inkişafı daha böyük zirvələrə daşımaqdır.

Yolumuz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişafın, tərəqqinin, sabitliyin və rifahın yoludur.



Ülvi Hüseynli

Jurnalist


Ölkə Prezidentinin Naxçıvana növbəti qayğısı - Ülvi Hüseynli yazır...-FOTO
Ölkə Prezidentinin Naxçıvana növbəti qayğısı - Ülvi Hüseynli yazır...-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031